İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanı sevməyənlər kimlərdir?..

Dünyanın işləri həqiqətən də baş açılası deyil. Anlamaq olmur ki, “kimin əli kimin cibindədir”?

Bu vaxta qədə kiçik ölkələr Aİ-də qərarların konsensus yolu ilə qəbul olunmasından gileylənirdilər. Viktor Orban bu yolla Kiyev üçün nə qədər problem yaradırdı! İndi Aİ rəhbərləri qərarların səs çoxluğu ilə qəbul olunmasının daha məqsədəuyğyn olmasını deyəndə bir sıra ölkələr, xüusən də hələ İttifaqa üzv olmayan Gürcüstan da haray çəkir ki, guya bu yolla kiçik ölkələr suvrenliklərindən məhrum olacaqlar.

Sonunculara demək lazımdır ki, bir deyin, sizləri heç Aİ - də bir gözləyən varmı? “Gürcü arzusu” rəy sorğularını ciddi şəkildə izləyir ki, avrointeqrasiya adlı məsələyə birdəfəlik son qoysunlar, bu haqda maddəni konstitusiyadan çıxarsınlar, çünki onlar üçün Aİ olmadan da pis keçmir. Hazırda gürcülərin 70 faizi avrointeqrasiyaya dəstək verir, 2022-ci ildə isə bu ədəd 80 faiz idi! Görünür, hakim partiyanın anti- təbliğatı işini görür. Başa düşmək olmur ki, Aİ-nin “Gürcü arzusu” ilə, yoxsa Gürcüstanla problemi var?..

Oxşar iş on illərdir Azərbaycanda da sezilir: bizim deputatlarımızı, məmurlarımızı dinləsən düşünərsən ki, Avropa siyasətçiləri, ümumiyyətlə, adam deyillər, “mağara adamları”dırlar, hamısı seksual azlıqlardır, hamısı, nə bilim, neo-imperialistlərdir! Amma hamısının da pulu, qızılı-gümüşü, “obyekt”ləri Avropa ölkələrindədir, uşaqları orada təhsil alır, yaxınları orada yaşayır!..

O ki qaldı fərqli seksual orientasiya məsələsəinə, nə əcəb bu, sizə Elton Conu, nə bilim, Ledi Qaqanı sevməyə mane olmur, axı əsl biseksuallar onlardır. Avropa demokratik məkandır, orada, Aİ rəhbərliyində seksual azlığa aid adam olsa, dərhal aləmə faş olar.

Belədəsə, belə çıxır ki, sanki Avropa bizi sayıb harasa dəvət edəndə yaxşıdır, amma tənqid edəndə pis? Həm də bizi onlar heç vaxt ənənələrimizə, fərqli mentalitetimizə görə tənqid etməyiblər ki! Biri bizdəki demokratiyanın səviyyəsindən narazıdır, ona görə tənqid edir. Eləsi də var ki, çox təəssüf, hesab edir ki, guya ermənilərə qarşı sərt, hətta pis siyasət yürüdürük, onları guya sıxışdırırıq. Əlbəttə, bu son məqam təəssüf doğrurucu məsələdir, amma Avropa Şurasında dəfələrlə Azərbaycanpərəst qərarlar da, fikirlər də səslənib axı. Üstəlik, heç kim demir ki, Azərbaycanda biseksuallar, nə bilim, geylər sıxışdırılır, yox, hələ belə bir şey eşitməmişik. Ən dəhşətlisi bilirsiniz, nədir? Avropayla problemi olan ölkələr seksual azlıqlar məsələsində belə hər cür diqqət, qayğı, güzəşt, anlaşma göstərməyə hazırdır, amma bunlara demokratik seçki demə, qalan insan haqlarından danışma!..

İvanişvili gürcüləri aldatdı ki, Rusiya ilə dost olub guya Cənubi Osetiyanı və Abxaziyanı qaytaracam. Bəs hanı bu? İvanişvili Saakaşvilini ittiham edirdi ki, guya ruslarla münasibətləri pisləşdirib. 20 ildir ki, “Gürcü arzusu” hakimiyyətdədir, bsə niyə yaxşılaşdırmısınız ruslarla münasibətləri?

Bəs Saakaşvili bir tərəfə, Rusiyanın Ermənistanla, hətta Azərbaycanla münasibətləri niyə alınmır? Az qalırlar Ukraynada nəyisə hədəfə alanda da bu, Azərbaycanla da bağlı olsun ki, “ikiqat effekt” versin, hərçənd, biz hələ də bu məsələnin dərinliyinə getmirik, düşünürük ki, müharibədir və mühairbədə hər cür obyekt vurula bilər, amma inanmaq olmur ki, rus hərbi kəşfiyyatı o günə qalıbdır ki, raketləri hara gəldi atırlar. Bu yaxınlarda belə məlumat yayıldı ki, Aİ hətta Suriyanı Abxaziyanı, Cənubi Osetiyanı tanımqdan çəkindirir. Bəs Kreml niyə etmir bunu? Bu iki subyekti tanımaq sifarişi də

Kremldən gəlmirmi? Yəni doğrudanmı, İvanişvilinin “Rusiyayla dostlaşmaq” siyasəti budur?..

Hələ onu demirik ki, Bidzina öz yerinə oğlunu hazırlayır. Bilirsiniz, sanki bu, da xəstəliyə çevrilib. Mənim İran prezidenti Məsud Pezeşkiana böyük simpatiyam vardı bir ara, amma həm də eşidəndə də ki, adam öz oğlunu özünə müşavir təyin edib, tamam gözümdən düşdü: əgər belədirsə Pəhləvinin oğlu niyə İrana qayıda bilməz? Hətta onu da demirəm ki, ölən Xameneinin də yerinə oğlunu təyin etdilər! Bunu ona görə demirəm ki, “mollalar”dan heç nə gözləmirəm, heç nə ummuram. Təzə seçilən “böyük seyyid” elə yerdə gizlənib ki, hətta Mossad da tapa bilmir, amma sual yaranır: niyə gizlədirsiniz bu adamı? Doğrudanmı ondan İran üçün fayda olacağına əminsiz? Bu adam axı nə bilir siyasət nədir ki, İrana da fayda versin? Yaxşı olmazmı gedib təsbehini çevirsin?

Bir görün “molla” rejimi nə edir? Azacıq müharibədə asudəlik yaranan kimi başladılar etirazlar vaxtı guya cinayət törətmiş insanları edam etməyə! Belə vəziyyətdə milli barışıq etmək, ümümi əfv, amnistiya aktı qəbul etmək daha məntiqli olmazdımı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

22 Avqust 2026

20 Avqust 2026

17 Avqust 2026

12 Avqust 2026

10 Avqust 2026

05 Avqust 2026

03 Avqust 2026

30 Iyul 2026

28 Iyul 2026

27 Iyul 2026

24 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

09 Iyul 2026

07 Iyul 2026

06 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026